Qəribə şəbəkə adı iPhone-dakı Wi-Fi modulunu sıradan çıxarda bilər

Qəribə şəbəkə adı iPhone-dakı Wi-Fi modulunu sıradan çıxarda bilər

Mobil Cihazlar
21.06.2021 PAYLAŞIM

    iPhone-nun sistem boşluqları siyahısına yeni bug əlavə olunub. Məlum olub ki, iOS yenilənməsinin özəllikləri səbəbilə müəyyən ada sahib Wi-Fi şbəkəsinə qoşulmaq öz növbəsində iPhone-nun naqilsiz modulunu sıradan çıxarda bilər. Nəticədə bu problem smartfonu internetdən məhrum edir. Xoş xəbər ondan ibarətdir ki, bu problemi aradan qaldırmaq elə də çətin deyil və nəticədə istifadəçi məlumatlarının itirilməsi halı yaşanmır. Verilmiş məlumata əsasən %p%s%s%s%s%n simvollar kombinasiyasından ibarət ada sahib şəbəkəyə qoşulan zaman iPhone-da Wi-Fi modul deaktiv olur.

Apple iPhone


    Onun yenidən aktivləşdirilməsi isə qeyri-mümkün olur. Bununla belə bu cür ada sahib Wi-Fi şəbəkəsinə Android cihazlar problem yaşamadan qoşula bilirlər. iPhone-nu söndürüb / yandırmaq bu problemi aradan qaldırmır. Smartfonun normal çalışmasını yenidən təmin etməyin yeganə yolu şəbəkə ayarlarının sıfırlanmasıdır. Bunu isə Settings-ə daxil olmaqla etmək mümkündür. Settings > General > Reset > Reset Network Settings > Accept.

    Bu ardıcıllığı yerinə yetirdikdən sonra smartfonu yenidən işə salmaq lazımdır. Smartfonu yenidən işə saldıqdan sonra onun Wi-Fi modulu əvvəlki normal vəziyyətinə qayıdacaq. Mütəxəssislərin fikirlərinə əsasən cihazın özünü bu cür aparmasının əsas səbəbi ondadır ki, o, % simvoluna sahib şəbəkə adını adi mətn kimi yox məhz hansısa sistem əmri kimi qəbul edir. Məhz bu səbəbdən də smartfonun Wi-Fi modulu nəticədə sıradan çıxır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung Galaxy Unpacked - Avqustun əsas hadisəsi

Yayın ən gözlənilən hadisəsi olan Samsung Galaxy Unpacked, Avqust ayında keçiriləcəkdir.


Xiaomi Mi 12 barəsində yeni məlumatlar verilib

Ice Universe ləqəbli məşhur insayder hələ təqdim olunmamış Xiaomi Mi 12 smartfonu barəsində yeni hes..


Google qapalı təqdimat çərçivəsində Pixel 6 və Pixel 6 Pro smartfonlarını anons ..

Google şirkəti jurnalistlər üçün Pixel 6 və Pixel 6 Pro smartfonlarının qapalı təqdimatlarını keçird..


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..

×