main-post-cover

    Qeyri-adi dizayna sahib Huawei FreeClip adlı yeni naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.12.2023
    Emil Nəcəfov
         Huawei şirkəti qlobal bazarda MatePad Pro 13.2 planşeti ilə yanaşı qeyri-adi dizayna sahib FreeClip adlı yeni naqilsiz qulaqlığını da təqdim edib. Huawei FreeClip digər naqilsiz qulaqlıqlardan xarici görünüşcə tamamilə fərqlənir. Hər bir qulaqlıq Comfort Bean adlı bərkidiciyə və C-bridge adlı birləşdirici konstruksiyaya sahibdir. Qulaqlıqlarda olan səs mənbəyi isə Acoustic Ball adını əldə edib. Comfort Bean bərkidicisi öz növbəsində qulağın arxa hissəsinin formasını kopyalayaraq maksimal səviyyədə erqonomikanı təmin edir.
         C-bridge adlı birləşdirici konstruksiya adaptiv sensor texnologiyasını əldə edib və o, qulaqlığın qulağa hansı gücdə bərkidildiyini tənzimləyir. FreeClip telefon danışıqları zamanı ətraf səs-küyün aktiv boğulmasını dəstəkləyir. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 8 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə bu göstərici 36 saat təşkil edir. Qulaqlıqların gövdələri IP54 standartı üzrə sudan qorunurlar. Bununla yanaşı FreeClip eyni anda iki cihaza qoşulma imkanını dəstəkləyir. Bu yeni naqilsiz qulaqlıq bu ayın sonunda satışa çıxacaq və 200 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei MatePad Pro 13.2 planşetinin qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    huawei-matepad-pro-132-plansetinin-qlobal-versiyasi-teqdim-edilib-qiymeti
    Huawei nova 12 seriyasına 4 smartfon daxil olacaq
    huawei-nova-12-seriyasina-4-smartfon-daxil-olacaq
    Qatlana bilən smartfonlar bazarı ələ keçirməyə davam edirlər
    qatlana-bilen-smartfonlar-bazari-ele-kecirmeye-davam-edirler
    Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin keyfiyyətli render fotosu ortaya çıxıb
    qatlana-bilen-qapaqli-huawei-pocket-s2-nin-keyfiyyetli-render-fotosu-ortaya-cixib
    Huawei qeyri-adi dizayna sahib yeni naqilsiz qulaqlığının təqdimatına hazırlaşır
    huawei-qeyri-adi-dizayna-sahib-yeni-naqilsiz-qulaqliginin-teqdimatina-hazirlasir