
Qiyməti 800-1000 ətrafında olan Samsung Galaxy A56 nələri bacarır? (VİDEO)
Cihazlar+
07.05.2025
Aslan
Samsung-un A seriyasındakı yeni modeli Galaxy A56, dizayn, ekran və sistem sabitliyi baxımından sələfi A55-dən bir neçə önəmli fərqlə seçilir. Cihaz daha incə, premium materiallardan hazırlanmış gövdəyə və flaqmanlara yaxın arxa kamera dizaynına sahibdir.

Yeni modeldə 6.7 düymlük Super AMOLED ekran, 120 Hz yenilənmə tezliyi və HDR10+ dəstəyi təqdim olunur. Ekran parlaqlığı 1900 nit-ə qədər artırılıb, bu da günəşli mühitdə belə yaxşı görüntü təmin edir.

Performans baxımından Galaxy A56 Exynos 1580 prosessoru ilə gəlir. Bu çip sələfindən daha güclü CPU və GPU performansı ilə seçilir. Gündəlik istifadə və oyunlarda sabit nəticələr verir. Cihazda həmçinin 8 GB RAM və UFS 3.1 yaddaş texnologiyası ilə təchiz olunmuş 128 və 256 GB yaddaş variantları mövcuddur.
Kamera baxımından arxa modulda ciddi dəyişiklik yoxdur: 50 MP əsas, 12 MP ultra-geniş və 5 MP makro kamera ilə gəlir. Lakin ön kamera 32 MP-dən 12 MP-yə salınıb və görüntü keyfiyyəti daha da yaxşılaşdırılıb. Həm ön, həm də arxa kameralarda 4K 30 FPS video qeyd imkanı mövcuddur.

Galaxy A56-nın diqqətçəkən tərəfi onun 45 vatt sürətli enerji doldurma dəstəyi və 5000 mAh batareyasıdır. Bu, Samsung-un orta seqmentdə ilk dəfə bu qədər yüksək doldurma gücü təklif etməsidir.

Ən önəmli xüsusiyyətlərdən biri isə proqram dəstəyidir. Cihaz Android 15 və One UI 7 ilə gəlir və 6 il yenilənmə və təhlükəsizlik dəstəyi alacaq. Bu, hazırda Android ekosistemində nadir üstünlüklərdən biridir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
