Logo
    main-post-cover

    Qlobal bazarda büdcəli Honor X5 Plus təqdim edilib

    Cihazlar+
    15.08.2023
        Honor şirkəti qlobal bazarda Honor X smartfon seriyasının yeni büdcəli modelini təqdim edib. Söhbət, Honor X5 Plus-dan gedir. Sözügedən yeni smartfon böyük həcmli batareyası və ikili arxa kamerası ilə seçilir. Beləliklə Honor X5 Plus smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Smartfon özündə kontaktsız ödənişlər üçün NFC çipini və 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilər baxımından Honor X5 Plus smartfonu MediaTek Helio G36 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + ToF arxa kamera, 5 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Honor X5 Plus-ın nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qlobal bazarda büdcəli Honor X5 Plus təqdim edilib | Technote