Logo
    main-post-cover

    Qlobal bazarda büdcəli POCO C75 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.10.2024
    Emil
         Xiaomi-nin POCO brendi qlobal bazarda yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO C75-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO C75 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640x720 piksel keyfiyyətli 6.68 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Üstəlik smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. POCO C75 smartfonu MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP-lik əsas arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareyanı əldə edib. POCO C75 artıq satışa çıxıb və onun qiyməti 109$-dan start götürür.
    Paylaş