
Qlobal bazarda Honor 400 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
08.05.2025
Emil
Honor şirkəti qlobal bazarda Honor 400 smartfon seriyasının təqdimatını anons edib. Beləliklə Honor-un rəsmi anonsuna əsasən Honor 400 smartfon seriyası 22 may tarixində Londonda təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bu seriyaya iki model daxil olacaq. Honor 400 və Honor 400 Pro. Şirkət tərəfindən təqdim edilmiş posterdə Honor 400 modeli qızılı rəngdə, Honor 400 Pro modeli isə boz rəngdə əks olunub. Görmək olar ki, adi Honor 400 ikili arxa kameraya, Honor 400 Pro isə üçlü arxa kameraya sahib olacaq. Bununla belə hər iki model süni zəka funksiyalarına sahib 200 MP-lik əsas arxa kameranı əldə edəcək. Daha əvvəlki məlumat sızıntılarına inansaq, Honor 400 modeli Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə, Honor 400 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
