Logo
    main-post-cover

    Qlobal bazarda Huawei Band 10 smart qolbağı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.02.2025
    Emil
         Huawei şirkəti qlobal bazarda yeni smart qolbağını təqdim edib. Söhbət, Huawei Band 10-dan gedir. Bu, keçən ilki Huawei Band 9-un davamçısıdır. Şirkətin bu yeni smart qolbağı düzbucaq formasında gövdəni əldə edib və gövdənin özü alüminium materialdan hazırlanıb. Qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Huawei Band 10-nun çəkisi 15 qramm, gövdə qalınlığı isə 8.99 mm təşkil edir. Smart qolbaq 368x194 piksel keyfiyyətli 1.47 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekran üstəlik Always-On-Display funksiyasını dəstəkləyir.
         Qolbaq 24 saat ərzində ürək döyüntüləri tezliyini, qandakı oksigen miqdarını, stress səviyyəsini, yuxu zamanı tənəffüs tezliyini ölçə və yuxu keyfiyyətini monitorinq edə bilir. Smart qolbaq 100 idman rejimini dəstəkləyir. Huawei Band 10 bir dəfə şarj olunduqdan sonra adi rejim çərçivəsində 14 gün ərzində, aktiv istifadə rejimi çərçivəsində isə 8 gün ərzində çalışa bilir. Bununla yanaşı smart qolbaq sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. 5 dəqiqəlik şarj prosesi nəticəsində o, 2 gün ərzində çalışa bilir. 100% enerjini isə cihaz 45 dəqiqə ərzində yığır. Huawei Band 10 gələn ay satışa çıxacaq. Onun satış qiyməti daha sonra açıqlanacaq.
    Mənbə: Gadgets360
    Paylaş
    Bənzər xəbərlər
    qlobal-bazarda-huawei-matepad-pro-132-2025-planseti-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Qlobal bazarda Huawei MatePad Pro 13.2 2025 planşeti təqdim edilib - QİYMƏTİ

    HUAWEI şirkəti qlobal bazarda MatePad Pro 13.2 2025 adlı yeni planşetini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən bu planşet şirkətin ən güclü planşeti olub.
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-in-qlobal-versiyasi-teqdim-edilib-qiymeti
    Cihazlar+

    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Huawei şirkəti öz ilk 3 qat qatlana bilən smartfonu olan Mate XT ULTIMATE DESIGN-ı keçən ilin sentyabr ayında Çində təqdim etmişdi. İndi isə sözügedən smartfonun qlobal versiyası təqdim edilib.
    statistika-alicilarin-coxu-premium-smartfonlara-ustunluk-vermeye-baslayib
    Cihazlar+

    Statistika: Alıcıların çoxu premium smartfonlara üstünlük verməyə başlayıb

    2024-cü ildə dünya üzrə satılmış smartfonların təxminən 25%-i 600$ və daha yüksək orta topdan satış qiymətinə malik olub. Counterpoint Research-ün yeni məlumatları göstərir ki, premium cihazlara tələbat artır və getdikcə daha çox insan bahalı smartfonlar almağa üstünlük verir.
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-smartfonunun-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Cihazlar+

    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN smartfonunun qlobal versiyasının təqdimatı anons edilib

    Huawei keçən ilin sentyabr ayında Çində Mate XT ULTIMATE DESIGN adlı ilk 3 qat qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət sözügedən qeyri-adi smartfonun qlobal versiyasını təqdim etməyə hazırlaşır.
    huawei-avtomobiller-ucun-ar-proyeksiya-ekrani-texnologiyasini-teqdim-edib
    Nəqliyyat

    Huawei avtomobillər üçün AR proyeksiya ekranı texnologiyasını təqdim edib

    Huawei şirkəti avtomobillər üçün nəzərdə tutulmuş XHUD-AR adlı artırılmış reallıq (AR) proyeksiya ekranı texnologiyasını təqdim edib.