Logo
    main-post-cover

    Qlobal bazarda Huawei FreeBuds SE 4 ANC naqilsiz qulaqlığı təqdim edilib

    Cihazlar+
    28.08.2025
    Emil
         Huawei qlobal bazarda FreeBuds SE 4 ANC adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Model özündə erqonomik dizaynı, səs-küyün aktiv boğulması funksiyasını (ANC) və uzunmüddətli batareya ömrünü birləşdirir. Qulaqlıqlar yüngül gövdəyə malikdirlər: hər birinin çəkisi cəmi 4.3 qram təşkil edir. Rahat oturuş üçün istehsalçı 3 ölçüdə silikon qulaq yastığı təklif edir. Səs keyfiyyətinə 20 Hz-20 kHz tezlik diapazonuna malik 10 mm-lik dinamik drayver cavabdehdir. SBCAAC kodekləri dəstəklənir. Səs-küyün aktiv boğulması sistemi səs səviyyəsini 24 dB-ə (desibel) qədər azaldır və 3 iş rejimi təklif edir - Ekstremal, Normal və Komfort. Gövdəyə inteqrasiya olunmuş 3 istiqamətli mikrofon fon səs-küyünü bloklayır və danışıq zamanı aydın və stabil səs təmin edir.
         Hər bir qulaqlıq 41 mAh tutumlu litium-ion batareya təchiz olunub, şarj keysi isə 510 mAh batareyaya sahibdir. Səs-küyün boğulması funksiyası aktiv olduqda qulaqlıqlar 7 saata qədər, şarj keysi ilə birlikdə isə 35 saata qədər işləyir. ANC söndürüldükdə avtonom iş vaxtı müvafiq olaraq 10 və 50 saata qədər artır. Zəng rejimində cihaz səs-küyün boğulması olmadan 6 saata, onunla birlikdə isə 5 saata qədər işləməyi təmin edir. Qulaqlıqların keys vasitəsilə tam şarj olunmaları təxminən 60 dəqiqə, şarj keysinin özünün isə USB Type-C portu vasitəsilə 110 dəqiqəyə yaxın vaxt aparır. Qulaqlıqlarda gövdə IP54 standartına uyğun olaraq nəmişliyə və toza qarşı qorunur, lakin şarj keysi nəmədavamlı deyil. Qoşulma üçün Bluetooth 5.4 istifadə olunur. Huawei FreeBuds SE 4 ANC modelinin qiyməti və satışa çıxarılma tarixi hələ açıqlanmayıb.
    Paylaş