
Qlobal bazarda Huawei MatePad 11.5”S planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.05.2024
Farid
Huawei şirkəti qlobal bazarda Watch Fit 3 smart saatı ilə yanaşı həmçinin MatePad 11.5”S adlı yeni planşetini də təqdim edib. Beləliklə Huawei şirkətinin qlobal bazar üçün nəzərdə tutulmuş bu yeni planşeti 30 Hz-dən 144 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2800x1480 keyfiyyətli 11.5 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Planşet gövdəsinin qalınlığı 6.2 mm-dir. Şirkət MatePad 11.5”S-in hansı prosessor vasitəsilə çalışdığı barəsində məlumat verməyib. Lakin çox güman ki, planşet Kirin 9000S prosessorunun bir qədər sadələşdirilmiş versiyasını əldə edib.

Bununla yanaşı planşet özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda MatePad 11.5”S 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 8800 mAh enerji tutumlu batareyaya sahibdir. Planşet HarmonyOS 4.2 əməliyyat sistemi vasitəsilə çalışır və üstəlik M-Pencil StarLight stilusu ilə çalışma dəstəyinə sahibdir. Huawei MatePad 11.5”S artıq satışa çıxıb və onun qiyməti 399 avro təşkil edir.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
