
Qlobal bazarda Huawei MatePad Pro 13.2 2025 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
18.02.2025
Emil
HUAWEI şirkəti qlobal bazarda MatePad Pro 13.2 2025 adlı yeni planşetini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən bu planşet şirkətin ən güclü planşeti olub. Beləliklə Huawei MatePad Pro 13.2 2025 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1920 piksel keyfiyyətli 13.2 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Yandırıb/söndürmə düyməsinə barmaq izi skanı texnologiyası inteqrasiya edilib.

Planşet özündə 6 ədəd səsgücləndiricini birləşdirir. Planşetin hansı prosessor vasitəsilə açıqlanmayıb. Planşet 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 50 MP + 8 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 100 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei MatePad Pro 13.2 2025 bu ayın sonunda satışa çıxacaq və onun qiyməti 1199 avrodan start götürəcək.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
