main-post-cover

    Qlobal bazarda Huawei nova Y72 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.01.2024
    Emil Nəcəfov
         Huawei şirkəti özünün nova smartfon seriyasının yeni orta büdcəli smartfonunu qlobal bazarda təqdim edib. Təqdim edilmiş yeni smartfon nova Y72 adlanır. Bu smartfon Kirin prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə nova Y72 smartfonu 1600x720 piksel keyfiyyətli 6.75 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşir. Smartfon Kirin 710 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Nova Y72 smartfonu 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareya həcminə gəldikdə isə smartfon 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı əldə edib. Nova Y72 yaxın zamanda satışa çıxacaq və onun qiyməti 260$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei 7 ədəd yeni Kirin prosessoru üzərində çalışır
    huawei-7-eded-yeni-kirin-prosessoru-uzerinde-calisir
    Huawei P70 smartfonlarından birinin arxa kamera dizaynı təsdiqlənib
    huawei-p70-smartfonlarindan-birinin-arxa-kamera-dizayni-tesdiqlenib
    Huawei P70 smartfonlarının bəzi tenxiki imkanları açıqlanıb
    huawei-p70-smartfonlarinin-bezi-tenxiki-imkanlari-aciqlanib
    Huawei HarmonyOS NEXT mobil əməliyyat sistemini təqdim edib (VİDEO)
    huawei-harmonyos-next-mobil-emeliyyat-sistemini-teqdim-edib-video
    Huawei P70-in əsas arxa kamerasının fərqləndirici özəlliyi açıqlanıb
    huawei-p70-in-esas-arxa-kamerasinin-ferqlendirici-ozelliyi-aciqlanib