
Qlobal bazarda orta büdcəli REDMI Pad 2 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
10.06.2025
Emil
Xiaomi-nin REDMI brendi qlobal bazarda yeni orta büdcəli planşetin əi təqdim edib. Söhbət, REDMI Pad 2-dən gedir. Bu yeni planşet böyük ölçülü ekranı və MediaTek Helio prosessorunu əldə edib. Beləliklə REDMI Pad 2 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 11 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Planşet MediaTek Helio G100-Ultra prosessoru vasitəsilə çalışır və 4/8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI Pad 2 özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 18 vatt gücündə sürətli şarj texnologiyalı 9000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşetin gövdə qalınlığı 7.36 mm, çəkisi isə 510 qram təşkil edir. REDMI Pad 2 artıq satışa çıxıb və onun qiyməti 228$-dan start götürür.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
