Logo
    main-post-cover

    Qlobal bazarda Philips Evnia 34M2C6500 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.06.2024
    Emil
         Philips şirkəti özünün Evnia adlı monitor seriyasının qlobal bazarda yeni gaming modelini təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 34M2C6500 adlanır. Beləliklə bu yeni monitor 175 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü QD OLED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 250 nit, HDR kontentlərin əks olunması zamanı maksimal parlaqlıq səviyyəsi isə 1000 nit təşkil edir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyədir. Ekran üstəlik DCI-P3 rəng diapazonunun 99.3%-ni, Adobe RGB rəng diapazonunun isə 97.8%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 USB-A girişlərini birləşdirir. USB-A girişlərinin hər biri isə məlumatların saniyədə 5 Gbit sürətlə ötürülməsini təmin edir. Philips Evnia 34M2C6500 yaxın günlərdə 870 avro qiymətində satışa çıxacaq.
    Paylaş