Logo
    main-post-cover

    Qlobal bazarda POCO F7 subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.06.2025
    Emil
         Xiaomi-nin POCO brendi qlobal bazarda POCO F7 subflaqman smartfonunu təqdim edib. POCO-nun bu yeni smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO F7 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Bununla yanaşı ekran Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub.
         Məlumatda qeyd edilib ki, smartfonun gövdə ətrafı çərçivəsi aviasiyada istifadə edilən alüminium ərintisindən hazırlanıb. Cihazın gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda POCO F7 özündə 50 MP + 8 MP ikili arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO F7-nin satışlarına artıq star verilib və onun qiyməti 339$-dan start götürür.
    Paylaş