
Qlobal bazarda REDMI 15C 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi qlobal bazarda orta büdcəli REDMI 15C 5G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI 15C 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.9 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 810 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Onun gövdəsi isə IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI 15C 5G özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI 15C 5G artıq satışa çıxıb və onun qiyməti 150 avrodan start götürür.

Paylaş