main-post-cover

    Qlobal bazarda vivo V30 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.12.2023
    Emil Nəcəfov
         Vivo şirkəti qlobal bazarda yeni smartfonunu təqdim edib. Təqdim edilmiş yeni smartfon vivo V30 Lite 5G adını əldə edib. Sözügedən yeni smartfon bu ilin yay fəslində satışa çıxmış vivo V29 Lite 5G modelinin davamçısıdır. Beləliklə vivo V30 Lite 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED E4 ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1150 nit təşkil edir. Smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunur və üstəlik özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Bu smartfonun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, onun arxa panelində bədən temperaturunun ölçülməsi sensoru var. Əsas texniki göstəricilərə gəldikdə isə vivo V30 Lite 5G smartfonu Snapdragon 695 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 50 MP-lik ön kamera və 44 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon artıq satışa çıxıb, lakin hələ ki, Meksikada satılır. Onun qiyməti isə 530$-dır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən vivo X Fold 3 Pro smartfonunun bəzi texniki imkanları açıqlanıb
    qatlana-bilen-vivo-x-fold-3-pro-smartfonunun-bezi-texniki-imkanlari-aciqlanib
    Qatlana bilən vivo X Fold 3 Pro barəsində ilk məlumatlar verilib
    qatlana-bilen-vivo-x-fold-3-pro-baresinde-ilk-melumatlar-verilib
    Vivo X100 flaqman smartfonunun tenxiki göstəriciləri təqdim edilib
    vivo-x100-flaqman-smartfonunun-tenxiki-gostericileri-teqdim-edilib
    Vivo X100 flaqman smartfonu Geekbench testlərindən keçib
    vivo-x100-flaqman-smartfonu-geekbench-testlerinden-kecib
    Vivo Watch 3 smart saatının rəsmi posteri təqdim edilib
    vivo-watch-3-smart-saatinin-resmi-posteri-teqdim-edilib