main-post-cover

    Qlobal bazarda vivo v30 Pro smartfonu təqdim olunub

    Cihazlar+
    28.02.2024
    Emil Nəcəfov
         Vivo şirkəti qlobal bazarda vivo V30 Pro smartfonunu təqdim edib. Beləliklə vivo-nun sözügedən yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1260 piksel keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunub və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb. Ekranın maksimal parlaqlıq səviyyəsi 2800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Üstəlik smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunur.
         Smartfon MediaTek Dimensity 8200 prosessoru vasitəsilə çalışır və özündə 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda vivo V30 Pro 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı əldə edib. Smartfonun batareya həcmi isə 5000 mAh təşkil edir və o, 80 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Vivo V30 Pro qutudan Android 14 vasitəsilə çalışır. Vivo V30 Pro-nun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat şirkət tərəfindən daha sonra açıqlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X100 smartfon seriyasının daha bir yeni modeli hazırlanır
    vivo-x100-smartfon-seriyasinin-daha-bir-yeni-modeli-hazirlanir
    Məşhur insayder vivo Pad 3 Pro planşetinin bəzi texniki özəlliklərini açıqlayıb
    meshur-insayder-vivo-pad-3-pro-plansetinin-bezi-texniki-ozelliklerini-aciqlayib
    Qatlana bilən vivo X Fold 3 vasitəsilə distant şəkildə Mac kompüterini idarə etmək mümkün olacaq
    qatlana-bilen-vivo-x-fold-3-vasitesile-distant-sekilde-mac-komputerini-idare-etmek-mumkun-olacaq
    Məşhur insayder vivo X100 Ultra flaqman smartfonunun bəzi özəlliklərini açıqlayıb
    meshur-insayder-vivo-x100-ultra-flaqman-smartfonunun-bezi-ozelliklerini-aciqlayib
    Vivo Pad 3 və Pad 3 Pro planşetləri barəsində yeni məlumatlar verilib
    vivo-pad-3-ve-pad-3-pro-plansetleri-baresinde-yeni-melumatlar-verilib