main-post-cover

    Qlobal bazarda vivo V40 və V40 Lite smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    20.06.2024
    Emil Nəcəfov
         Vivo şirkəti qlobal bazarda iki yeni smartfonunu təqdim edib. Söhbət, vivo V40V40 Lite modellərindən gedir. İlk növbədə vivo V40 modelinə nəzər yetirək. Sözügedən model may ayının sonunda Çində təqdim edilmiş vivo S19 smartfonunun faktiki olaraq kopyasıdır. Vivo V40 smartfonu böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın kənarları əyilmiş dizaynda hazırlanıb. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Vivo V40 Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon 50 MP + 50 MP ikili arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə o, 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V40 artıq gələn ay satışa çıxacaq və onun qiyməti 599 avrodan start götürəcək. İndi isə vivo V40 Lite smartfonuna nəzər yetirək. Vivo V40 Lite modeli öz növbəsində texniki göstəricilər baxımından keçən ay Hindistanda təqdim edilmiş vivo V30e smartfonuna bənzəyir. Çox güman ki, yeni smartfon vivo V30e-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır. Adi vivo V40 kimi vivo V40 Lite da böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir.
         Beləliklə vivo V40 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın kənarları əyilmiş dizaynda hazırlanıb və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda vivo V40 Lite 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə o, 44 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V40 Lite artıq satışa çıxıb və onun qiyməti 399 avro təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli vivo Y28 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y28-4g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo V40 Lite smartfonunun render fotosu ortaya çıxıb və texniki imkanları təqdim edilib
    vivo-v40-lite-smartfonunun-render-fotosu-ortaya-cixib-ve-texniki-imkanlari-teqdim-edilib
    Vivo V40 smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
    vivo-v40-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-edilib
    Qatlana bilən vivo X Fold 3 Pro smartfonu qlobal bazarda təqdim edilib - QİYMƏTİ
    qatlana-bilen-vivo-x-fold-3-pro-smartfonu-qlobal-bazarda-teqdim-edilib-qiymeti
    Vivo X Fold 3 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
    vivo-x-fold-3-pro-nun-qlobal-versiyasinin-teqdimati-anons-edilib