main-post-cover

    Qlobal bazarda Xiaomi 14 CIVI smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.06.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti daha öncə də söz vermiş olduğu kimi Hindistanda Xiaomi 14 CIVI smartfonunu təqdim edib. Bu, mart ayında Çində təqdim edilmiş Xiaomi CIVI 4 Pro smartfonunun qlobal bazar üçün nəzərdən tutulmuş versiyasıdır. Beləliklə Xiaomi 14 CIVI smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.55 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Xiaomi 14 CIVI Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon 50 MP (f/1.63 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 50 MP (f/1.98 diafraqma, 2 qat optik zoom) üçlü arxa kameranı və 32 MP (f/2.0 diafraqma, avtofokus, 78 dərəcə bucaq əhatəsi) + 32 MP (f/2.4 diafraqma, 100 dərəcə bucaq əhatəsi) ikili ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Xiaomi CIVI 4 Pro 67 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 əsaslı HyperOS vasitəsilə çalışır. Xiaomi 14 CIVI 20 iyun tarixində satışa çıxacaq. Çox güman ki, müəyyən müddətdən sonra smartfon həmçinin digər regionlarda da satılacaq. Onun Hindistanda 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası 515$-a, 12 GB RAM-a və 612 GB yaddaşa sahib versiyası isə 575$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 Pro-nun kameraları barəsində yeni məlumatlar ortaya çıxıblar
    xiaomi-15-pro-nun-kameralari-baresinde-yeni-melumatlar-ortaya-cixiblar
    POCO M6 smartfonu təqdim edilib - QİYMƏTİ
    poco-m6-smartfonu-teqdim-edilib-qiymeti
    POCO M6-nın təqdimatı anons edilib
    poco-m6-nin-teqdimati-anons-edilib
    Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!
    xiaomi-insanabenzer-robotunu-istehsal-proseslerine-inteqrasiya-etmeyi-planlasdirir
    POCO M6 Plus 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıblar
    poco-m6-plus-5g-nin-fotosu-ve-bezi-texniki-imkanlari-ortaya-cixiblar