
Qlobal smartfon satışları son 2 il ərzində kəskin şəkildə aşağı düşüb
Cihazlar+
19.03.2024
Emil
Smartfon bazarı son 2 ildə diqqət çəkəcək dərəcədə düşüş yaşayır. Bu isə öz növbəsində smartfon istehsalçıları üçün bütün dünyada çətin vəziyyət yaradır. Stocklytics.com saytının məlumatlarına əsasən mobil cihazların satışlarının qlobal dövriyyəsi son 2 ildə 36 milyard dollar aşağı düşüb. Stocklytics-in maliyyə analitiki Edith Reads bildirib ki, 2023-cü ildə smartfon bazarındakı düşüş son 10 ildə ən aşağı satış həcmini əks etdirir.

Mobil cihazların satışlarının dövriyyəsinin aşağı düşməsi əsasən makroiqtisadi problemlər və ilin əvvəlində çoxlu sayda smartfonun istehsal olunması ilə bağlıdır. Bu problemlərə baxmayaraq qlobal smartfon bazarı yavaş-yavaş bərpa olunmağa başlayır. Bununla belə 600$ və ondan daha yüksək satış qiymətinə sahib premium smartfonlar bazarında satışların artdığı müşahidə edilir. Belə ki, premium smartfonlar bazardakı ümumi smartfon təchizatının 20%-ni təşkil ediblər. İstehlakçı davranışının dəyişməsi onu göstərir ki, alıcılar aparıcı funksiyalar ilə texniki özəlliklərə sahib cihazlara daha çox vəsait sərf etməyə hazırdırlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
