Logo
    main-post-cover

    Qlobal yaddaş çipi çatışmazlığı MacBook Air-ə də təsir edib

    Cihazlar+
    03.08.2026
    Sevinj
        Dünyada yaranan yaddaş (RAM) çipi çatışmazlığı artıq Apple-ın ən populyar noutbuklarından biri olan MacBook Air modelinin satışına da təsir göstərməyə başlayıb. Bloomberg jurnalisti Mark Qurmanın məlumatına görə, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin yüksək həcmdə yaddaş çiplərinə tələbatı səbəbindən Apple bu modellərin tədarükündə çətinlik yaşayır.
    Apple MacBook Air (15-inch): Complete Overview — TechToro.io
        Məlumata görə, çatışmazlıq daha əvvəl əsasən Mac miniMac Studio modellərində hiss olunsa da, indi MacBook Air də bu problemdən təsirlənir. Pərakəndə satış şəbəkələri bildirirlər ki, məhsul ehtiyatları əvvəlki dövrlərlə müqayisədə xeyli məhdudlaşıb. Hazırda Apple-ın rəsmi saytından sifariş verilən MacBook Air modellərinin əksəriyyəti üçün çatdırılma müddəti avqustun ikinci yarısına, bəzi konfiqurasiyalar üçün isə sentyabr ayına qədər uzanıb.
    Paylaş