Logo
    main-post-cover

    Qualcomm növbəti nəsil flaqman Android smartfonları böyük dil modelləri vasitəsilə təkmilləşdirəcək

    Cihazlar+
    20.07.2023
    Emil
        Qualcomm şirkəti neyron şəbəkələri süni zəka texnologiyaları mövzusundan yan keçə bilməyib. Belə ki, şirkət MetaMicrosoft-un birgə işə saldıqları Llama 2 adlı böyük dil modelini növbəti nəsil flaqman Android smartfonlara inteqrasiya edilməsi planını elan edib. Böyük dil modelinin hardware səviyyəsində inteqrasiyası o deməkdir ki, neyron şəbəkəsi internetə qoşulmadan birbaşa cihazın özündə çalışa biləcək.
        Qualcomm bildirib ki, Llama 2 kimi generativ süni zəka modellərinin smartfonlarda, kompüterlərdə AR/VR cihazlarda və həmçinin nəqliyyat vasitələrində işə salınması tərtibatçılara bulud sistemlər ilə bağlı xərclərin aşağı salınması imkanını verəcək və istifadəçilərə konfidensial və daha personallaşdırılmış xidmətləri təklif edəcək. Böyük dil modelinin hardware səviyyəsində inteqrasiyası nəticəsində istifadəçilərin hansı üstünlükləri əldə edəcəkləri tam aydın deyil. Çox güman ki, smartfonlarda internetsiz çalışa biləcək ChatGPT analoqlarının istifadəyə verilməsini gözləmək olar. 
    Paylaş
    Bənzər xəbərlər