Logo
    main-post-cover

    Qualcomm şirkəti Apple Mac mini tərzində kompakt ölçülü kompüterini təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    22.05.2024
    Emil
         Qualcomm şirkəti Apple Mac mini tərzində öz kompakt ölçülü kompüterini təqdim edib. Qualcomm-un bu kompakt ölçülü kompüteri Snapdragon Dev Kit for Windows adlanır və ilk növbədə tərtibatçılar üçün nəzərdə tutulub. Beləliklə Snapdragon Dev Kit for Windows kompüteri Snapdragon X Elite prosessoru vasitəsilə çalışır və özündə 4.6 TFLOP gücündə olan qrafik çipi birləşdirir. Kompüter üstəlik LPDDR5x standartlı 32 GB RAM-ı və 512 GB-lıq SSD-ni əldə edib.
         Qualcomm bildirib ki, sözügedən kompüter eyni anda 3 ədəd 4K keyfiyyətli monitorla çalışma imkanına sahibdir. Naqilsiz qoşulmalar üçün kompüterdə Wi-Fi 7 Bluetooth 5.4 texnologiyalarının dəstəkləri reallaşdırılıb. Snapdragon Dev Kit for Windows özündə USB 4 (Type-C), USB 3.2 Type-A, HDMI girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Kompüterin enerji ilə təmin olunmasından 180 vatt gücündə şarj adapteri cavabdehdir. Snapdragon Dev Kit for Windows-un qiyməti 900$ təşkil edir. Lakin onun nə zaman satışa çıxacağı açıqlanmayıb.
    Paylaş