main-post-cover

    Qualcomm şirkəti öz brendi altında gamer smartfon istehsal etməyi planlaşdırır

    Cihazlar+
    08.10.2020
    Farid Pardashunas
        Nüfuzlu Digitimes saytının yeni hesabatına əsasən Qualcomm şirkəti öz brendi altında gamer smartfon seriyasının yaradılması üçün Asustek Computer şirkəti ilə güclərini birləşdirməyi planlaşdırır. Gözləntilərə əsasən Qualcomm öz gamer smartfon seriyasını artıq bu il təqdim edə bilər. Bu barədə Gizmochina saytı xəbər verib. İnsayderlər istisna etmirlər ki, dekabr ayında keçiriləcək Snapdragon Tech Summit 2020 tədbiri çərçivəsində şirkət Snapdragon 875 flaqman prosessoru ilə yanaşı həmçinin öz brendi altında gamer smartfon seriyası barəsində planlarını da açıqlasın. Qeyd etmək lazımdır ki, Snapdragon Tech Summit 2020 tədbiri 1-2 dekabr tarixlərində baş tutacaq.
        Buna görə də şirkət öz gamer smartfon modelini təqdim etmək üçün bütün şanslara sahibdir. Bir sıra insayder xəbər verib ki, Snapdragon 730G Snapdragon 765G kimi prosessorların yaradılması Qualcomm şirkətini təkcə mobil prosessorların istehsalını deyil, həmçinin bir sıra cihazların istehsalını da reallaşdırmağa sövq edir. Bundan əlavə olaraq ROG Phone seriyasında artıq bir sıra gamer smartfona sahib olan ASUS şirkəti ilə əməkdaşlıq isə Qualcomm-un bu sahədə lider mövqelərə sahib olacağına şərait yaradır. Qualcomm tərəfindən potensial gamer smartfon modelinin texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, həmin smartfon Snapdragon 875 prosessorunu əldə edəcək ilk modellərdən biri olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər