Logo
    main-post-cover

    RayNeo Air 4 Pro ağıllı eynəkləri təqdim olundu

    Cihazlar+
    07.01.2026
    Sevinc
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ağıllı eynəklər CES 2026-nın əsas trendlərindən biridir və bu sahədə artıq bir müddətdir fəaliyyət göstərən TCL bu il balansı dəyişə biləcək yeni modeli ilə səhnəyə çıxıb. Şirkət CES sərgisində HDR dəstəyi olan Micro-OLED ekran və rəqibləri ciddi narahat edəcək qiymətə malik RayNeo Air 4 Pro ağıllı eynəklərini təqdim edib.
    Rayneo Air 4 Pro Smart Glasses AR Unboxing & Hands'On Review | World's 1st  With Bang and Olufsen!
        TCL RayNeo Air 4 Pro rəsmi olaraq 25 yanvar tarixində satışa çıxacaq və qiyməti cəmi 299 dollar olacaq. Bu, oxşar AR eynəkləri ilə müqayisədə xeyli ucuzdur. Üstəlik, TCL bu modeli dünyanın ilk HDR10 dəstəkli AR eynəkləri kimi təqdim edir. RayNeo Air 4 Pro digər AR eynəkləri kimi USB-C vasitəsilə smartfon və ya noutbuka qoşularaq işləyir. Eynək istifadəçinin ətraf mühitində virtual ekran yaradır və istənilən yerdə əlavə monitor effekti əldə etməyə imkan verir.
        Rəsmi satışdan əvvəl keçirilən demo zamanı eynəkləri sınaqdan keçirmək imkanı da olub. Micro-OLED ekranın təsviri olduqca kəskin, parlaq və rəng baxımından zəngindir. Uzun müddətdir Xreal eynəklərindən istifadə edənlər üçün fərq dərhal hiss olunur: Xreal modellərində ekran bəzən solğun görünürsə, RayNeo Air 4 Pro demək olar ki, həddindən artıq parlaq təsir bağışlayır. Texniki imkanlar bununla bitmir. Eynəklər Bang & Olufsen imzalı dinamiklər və AI əsaslı 3D video konvertasiyası funksiyası ilə təchiz olunub. Demo zamanı bu funksiyalar sınaqdan keçirilməsə də, kağız üzərində olduqca iddialı görünür.
        Bundan əlavə, TCL sərgidə daha futuristik bir konsepti, RayNeo X3 Pro Project eSIM modelini də nümayiş etdirib. Daxili eSIM (4G) bağlantısına malik bu eynəklər smartfon və ya noutbukdan asılı olmadan işləyə bilir. Hazırda satışda olan eSIM-siz RayNeo X3 Pro modelinin qiyməti 1 299 dollardır.
    Paylaş