Logo
    main-post-cover

    Realme P4 Power: 10 001 mAh batareya ilə 3,5 gün işləyən smartfon

    Cihazlar+
    20.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Realme böyük batareyalı smartfon ideyasını real məhsula çevirir. Şirkət Realme P4 Power modelini 29 yanvar tarixində Hindistanda təqdim edəcəyini açıqlayıb. Cihazın əsas üstünlüyü 10 001 mAh tutumlu nəhəng batareyasıdır.
    Realme P4 Power 5G to have 10,000 mAh battery! Check specs, price, release  date of this upcoming smartphone - The Economic Times
        Realme-nin iddiasına görə, P4 Power 3,5 günə qədər enerji ehtiyacını qarşılayacaq. Bu göstərici real görünür: məsələn, 7 500 mAh batareyalı Oppo Find X9 Pro modeli gündəlik istifadədə 2–3 gün işləmə müddəti təklif edir. Daha maraqlı məqam isə 27W tərs şarj (reverse charging) dəstəyidir. Bu sürət sayəsində Realme P4 Power zərurət olduqda digər cihazlar üçün powerbank kimi də istifadə oluna bilər.
        Cihazın çəkisi cəmi 218 qramdır və böyük batareyaya baxmayaraq nisbətən nazik korpusa malikdir. Buna silikon-karbon batareya texnologiyası imkan verir. Müqayisə üçün, 10 080 mAh batareyalı Honor Power 2 modeli bir qədər yüngül olsa da, yalnız Çin bazarında mövcuddur. Realme P4 Power-ın Hindistanda satışa çıxması isə onun qlobal bazara daha tez yayılmasına yol aça bilər.
    Paylaş