
Red Magic 10 Pro+ smartfonu AnTuTu testlərində yeni rekorda imza atıb
Cihazlar+
18.11.2024
Emil
Nubia-nın Red Magic brendi keçən həftə Red Magic 10 Pro smartfon seriyasını təqdim etdi. Bu seriyaya daxil olan modellərdən biri də Red Magic 10 Pro+ oldu. İndi isə məlum olub ki, Red Magic 10 Pro+ smartfonu AnTuTu bençmarkının testlərindən keçib və bençmarkda yeni rekorda imza atıb. Beləliklə bu yeni smartfon hal-hazırda Android smartfonlar arasında ən güclü smartfon hesab edilir. Belə ki, smartfon AnTuTu-da ümumilikdə 3 102 960 xal toplayıb. Daha öncəki rekord OnePlus 13-ə məxsusdur. Onun AnTuTu-dakı ümumi nəticəsi 2 926 644 xal təşkil edir. Qeyd etmək lazımdır ki, AnTuTu testlərindən Red Magic 10 Pro+ smartfonunun 24 GB RAM-a sahib versiyası keçib və üstəlik smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır.

Paylaş
Ən çox oxunanlar

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
