Logo
    main-post-cover

    Red Magic 10S Pro və 10S Pro+ flaqman smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    27.05.2025
    Emil
         Red Magic brendi Çində yeni flaqman smartfonlarını təqdim edib. Söhbət, Red Magic 10S Pro10S Pro+ modellərindən gedir. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər və bəzi texniki imkanlar baxımından eynidirlər. Hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 2688x1216 piksel keyfiyyətli 6.85 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Hər iki smartfon Snapdragon 8 Elite Leading Version prosessoru vasitəsilə çalışır.
         Red Magic 10S Pro modeli 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini, Red Magic 10S Pro+ modeli isə 16/24 GB RAM ilə 512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Hər iki smartfon özündə 50 MP + 50 MP + 2 MP üçlü arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə Red Magic 10S Pro modeli 80 vatt gücündə sürətli şarj texnologiyalı 7050 mAh enerji tutumlu batareya ilə, Red Magic 10S Pro+ modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu smartfonlar artıq Çində satışa çıxıblar. Red Magic 10S Pro modelinin qiyməti 695$-dan, Red Magic 10S Pro+ modelinin qiyməti isə 875$-dan start götürür.
    Paylaş