
Red Magic 9S Pro və Red Magic 9S Pro+ qlobal bazarda satışa çıxacaqlar
Cihazlar+
05.07.2024
Emil
Nubia şirkəti 3 iyul tarixində Çində Red Magic 9S Pro smartfon seriyasını təqdim etdi. Bu seriyaya adi Red Magic 9S Pro ilə yanaşı üstəlik Red Magic 9S Pro+ da daxil oldu. Həmin vaxtda bu smartfonların qlobal bazarda satılıb-satılmayacaqları məlum deyil idi. İndi isə bu məsələyə aydınlıq gəlib. Nubia-nın Red Magic brendi bildirib ki, Red Magic 9S Pro smartfonları həmçinin qlobal bazarda da satışa çıxacaqlar. Brend hətta bunun nə zaman baş verəcəyini də açıqlayıb.

Təqdim edilmiş posterə əsasən Red Magic 9S Pro smartfonları qlobal bazarda 16 iyul tarixində satışa çıxacaqlar. Çox güman ki, smartfonların qlobal versiyaları texniki imkanlar baxımından Çində satılan versiyalardan o qədər də fərqlənməyəcəklər. Qlobal bazarda bu smartfonların hansı qiymətə satılacaqları hələ məlum deyil. Qeyd etmək lazımdır ki, Çin bazarında Red Magic 9S Pro modelinin qiyməti 659$-dan, Red Magic 9S Pro+ modelinin qiyməti isə 797$-dan start götürür.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Red Magic Realm 32 QD-OLED gaming monitoru təqdim edilib - QİYMƏTİ
Nubia şirkəti Red Magic 9S Pro, Magic 9S Pro+ smartfonları və Red Magic Gaming Notebook 16 Pro noutbuku ilə yetinməyərək əlavə olaraq gaming monitorunu da təqdim edib. Şirkətin gaming monitoru Red Magic Realm 32 QD-OLED adlanır.

Cihazlar+
Red Magic Gaming Notebook 16 Pro gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Nubia şirkəti Red Magic 9S Pro və Red Magic 9S Pro+ smartfonları ilə yanaşı ilk gaming noutbukunu da təqdim edib. Şirkətin ilk gaming noutbuku Red Magic Gaming Notebook 16 Pro adlanır.

Cihazlar+
Red Magic 9S Pro və Red Magic 9S Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ
Nubia şirkəti özünün Red Magic gaming brendinin yeni smartfonlarını təqdim edib. Söhbət, Red Magic 9S Pro və Red Magic 9S Pro+ smartfonlarından gedir.

Cihazlar+
Təqdimata hazırlaşan Red Magic 9S Pro gaming smartfonunun dizaynı sərgilənib
Nubia şirkəti təqdimata 2 gün qalmış Red Magic 9S Pro adlı yeni gaming smartfonunun xarici görünüşünü sərgiləyib.

Cihazlar+
Təqdimata hazırlaşan Red Magic 9S Pro smartfonu AnTuTu-da yeni rekorda imza atıb
Red Magic şirkəti 3 iyul tarixində Red Magic 9S Pro adlı yeni gaming smartfonunu təqdim edəcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
