
Red Magic Gaming Notebook 16 Pro gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
03.07.2024
Emil
Nubia şirkəti Red Magic 9S Pro və Red Magic 9S Pro+ smartfonları ilə yanaşı ilk gaming noutbukunu da təqdim edib. Şirkətin ilk gaming noutbuku Red Magic Gaming Notebook 16 Pro adlanır. Beləliklə sözügedən gaming noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 16 düym ölçülü Magic Cloud adlı ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 3 millisaniyə təşkil edir. Üstəlik ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır.

- 16 GB RAM + 1 TB SSD (Dark Night Black gövdə rəngi) - 1375$
- 16 GB RAM + 1 TB SSD (Glacier Silver gövdə rəngi) - 1485$
- 32 GB RAM + 1 TB SSD (Glacier Silver gövdə rəngi) - 1787$.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
