main-post-cover

    Red Magic Gaming Tablet Pro planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.09.2024
    Emil Nəcəfov
         Nubia şirkətinin Red Magic brendi daha öncə də söz vermiş olduğu kimi Çində yeni gaming planşetini təqdim edib. Şirkətin yeni gaming planşeti Red Magic Gaming Tablet Pro adlanır. Təqdim edilmiş bu yeni gaming planşet xarici görünüşcə Red Magic smartfonlarına bənzəyir. Planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 10.9 düym ölçülü IPS ekranla təchiz olunub. Planşet özündə 4 ədəd səsgücləndiricini birləşdirir.
         Red Magic Gaming Tablet Pro planşeti Snapdragon 8 Gen 3 Leading Version prosessoru vasitəsilə çalışır və 12/16/24 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 50 MP-lik arxa kameraya və 20 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 120 vatt gücündə sürətli şarj texnologiyalı 10 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Red Magic Gaming Tablet Pro-nu artıq Çində sifariş etmək mümkündür. Planşetin qiyməti 580$-dan start götürür. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Red Magic öz yeni gaming planşetinin xarici görünüşünü sərgiləyib
    red-magic-oz-yeni-gaming-plansetinin-xarici-gorunusunu-sergileyib
    Təqdimatdan bir gün qabaq Red Magic-in yeni gaming planşetinin ekran özəllikləri açıqlanıb
    teqdimatdan-bir-gun-qabaq-red-magicin-yeni-gaming-plansetinin-ekran-ozellikleri-aciqlanib
    Red Magic-in yeni gaming planşetinin bəzi özəllikləri rəsmi şəkildə təqdim edilib
    red-magic-in-yeni-gaming-plansetinin-bezi-ozellikleri-resmi-sekilde-teqdim-edilib
    Red Magic-in yeni gaming planşetləri Geekbench testlərindən keçiblər
    red-magic-in-yeni-gaming-plansetleri-geekbench-testlerinden-kecibler
    Red Magic-in yeni gaming planşetinin təqdimatı anons edilib
    red-magic-in-yeni-gaming-plansetinin-teqdimati-anons-edilib