main-post-cover

    Red Magic-in ilk gaming noutbukunun xarici görünüşü sərgilənib

    Cihazlar+
    27.06.2024
    Emil Nəcəfov
         Öz yüksək performanslı flaqman smartfonları ilə tanınan Red Magic şirkəti ilk gaming noutbukunu sərgiləyib. Şirkətin ilk gaming noutbuku Red Magic Gaming Laptop 16 Pro adlanır. Çindən olan mənbələrin təqdim etmiş olduqları məlumatlara əsasən Red Magic Gaming Laptop 16 Pro noutbuku Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır və özündə GDDR6 standartlı 8 GB VRAM-a sahib NVIDIA GeForce RTX 4070 videokartını birləşdirir. Adından da bəlli olduğu kimi noutbuk 16 düym ölçülü ekrana sahibdir. Məlumata əsasən söhbət, 2.5K keyfiyyətli ekrandan gedir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, bu gaming noutbukun gövdəsi alüminium materialdan hazırlanıb. Red Magic Gaming Laptop 16 Pro-nun təqdimatı 3 iyul tarixində baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər