
Red Magic-in yeni gaming planşetinin bəzi özəllikləri rəsmi şəkildə təqdim edilib
Cihazlar+
02.09.2024
Emil
Artıq məlumdur ki, nubia şirkətinin Red Magic brendi 5 sentyabr tarixində yeni gaming planşetini təqdim edəcək. Təqdimata sayılı günlər qalmış şirkət öz yeni gaming planşeti barəsində bəzi rəsmi məlumatları təqdim edib. Beləliklə Red Magic tərəfindən təqdim edilmiş posterlərə əsasən onun yeni gaming planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli ekranı əldə edəcək və özündə 4 ədəd səsgücləndiricini birləşdirəcək. Planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı planşet Cooling ICE 2.0 adlı xüsusi soyutma sistemini əldə edəcək. Kameralar mövzusunda planşet 50 MP-lik arxa kameraya və 20 MP-lik ön kameraya sahib olacaq.



Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
