Logo
    main-post-cover

    Red Magic nazik gövdəli yeni gaming smartfonunun təqdimatını anons edib

    Cihazlar+
    08.04.2025
    Emil
          Red Magic brendi öz yeni gaming smartfonunun təqdimatını və smartfonun adını anons edib. Təqdim edilmiş posterə əsasən Red Magic-in yeni gaming smartfonu Red Magic 10 Air adlanacaq. Posterdə qeyd edilib ki, sözügedən yeni smartfon 16 aprel tarixində təqdim olunacaq. Posterdə belə bir şüar da qeyd edilib: “Nazik və güclü, Air - ondan imtina etmək mümkünsüzdür”. Posterdə Red Magic 10 Air smartfonu kənar hissədən əks olunub. Lakin bununla belə görmək olar ki, bu yeni gaming smartfon özündə üçlü arxa kameranı və yastı gövdə dizaynını birləşdirəcək. Smartfonun texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur.
    Paylaş