
Redmi 12 5G smartfonu təqdim olunub - QİYMƏTİ
Redmi brendi Hindistanda keçirtmiş olduğu təqdimat çərçivəsində Redmi 12 5G smartfonunu təqdim edib. Təqdim edilmiş bu yeni smartfon Redmi Note 12R-in kopyasıdır. Redmi 12 5G smartfonu Qualcomm-un yeni prosessorunu əldə etməsi ilə seçilir. Beləliklə Redmi 12 5G 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym yastı LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 550 nit təşkil edir və Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi üstəlik IP53 standartı üzrə sudan qorunur.
Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 12 5G smartfonu Snapdragon 4 Gen 2 prosessoru, 4/6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 14 interfeysli Android 14 vasitəsilə çalışır. Redmi 12 5G-nin Hindistanda satışlarına yaxın günlərdə start veriləcək. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir. Redmi 12 5G-nin Hindistan bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq.
- 4 GB RAM + 128 GB yaddaş - 135$
- 6 GB RAM + 128 GB yaddaş - 150$
- 8 GB RAM + 256 GB yaddaş - 175$.
Paylaş
Bənzər xəbərlər