
Cihazlar+
POCO-nun ilk planşetinin təqdimatı anons edilib
Xiaomi-nin POCO brendi keçən həftə POCO F6 Pro smartfonunun təqdimatını anons etmişdi. Sözügedən smartfon 23 may tarixində təqdim olunacaq. İndi isə rəsmi şəkildə məlum olub ki, POCO brendi 23 may tarixində üstəlik öz ilk planşetini də təqdim edəcək.