
Redmi 13C 5G bəzi regionlarda POCO brendi altında satılacaq
Cihazlar+
11.12.2023
Emil
Xiaomi-nin Redmi brendi keçən həftə Hindistanda Redmi 13C 5G adlı büdcəli smartfonunu təqdim etdi. İndi isə məlumat ortaya çıxıb ki, bəzi regionlarda Redmi 13C 5G smartfonu POCO brendi altında satılacaq. Söhbət, POCO M6 5G-dən gedir. Məlumata əsasən POCO M6 5G-nin texniki imkanları Redmi 13C 5G-nin texniki imkanları ilə eyni olacaq. Sadəcə olaraq smartfon POCO brendi altında satılacaq. Redmi 13C 5G-nin digər regionlarda POCO M6 5G adı altında nə zaman satılacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
