
Redmi 13C 5G-nin qlobal versiyasının hansı prosessoru əldə edəcəyi açıqlanıb
Cihazlar+
01.12.2023
Emil
Bir neçə gün bundan öncə Redmi brendi Redmi 13C 5G smartfonunun qlobal versiyasının təqdimatını anons etdi. Smartfon 6 dekabr tarixində Hindistanda təqdim ediləcək. İndi isə Redmi 13C 5G-nin hansı prosessor vasitəsilə çalışacağı rəsmi şəkildə məlum olub. Redmi-nin sözlərinə əsasən bu smartfonun qlobal versiyası MediaTek Dimensity 6100+ prosessorunu əldə edəcək. Qeyd etmək lazımdır ki, Dimensity 6100+ prosessoru 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, 8 nüvəlidir. Üstəlik prosessor özündə 5G dəstəyini də birləşdirir.

Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
