
Redmi 13C adlı yeni büdcəli smartfonun render fotoları ortaya çıxıb
Xiaomi-nin Redmi brendi Redmi 12C adlı büdcəli smartfonunun davamçısını təqdim etməyə hazırlaşır. Söhbət, Redmi 13C-dən gedir. İnternetdə sözügedən yeni büdcəli smartfonun render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan belə qənaətə gəlmək olar ki, Redmi 13C smartfonu xarici görünüşcə Xiaomi-nin flaqman modellərinə bənzəyəcək. Smartfon yastı ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşəcək. Bundan əlavə olaraq smartfon özündə üçlü arxa kameranı birləşdirəcək və onlardan ən əsası 50 MP-lik olacaq. Redmi 13C-də həmçinin naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogiriş də olacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər