
Redmi 13C nə zaman satışa çıxacaq?
Keçən həftə məlumat ortaya çıxdı ki, Xiaomi-nin Redmi brendi Redmi 13C adlı yeni büdcəli smartfon üzərində çalışır. İndi isə internetdə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Belə ki, Redmi 13C smartfonu IMEI məlumatlar bazasında aşkar edilib. Məlumatda qeyd edilib ki, Redmi-nin sözügedən yeni büdcəli smartfonu air kod adına sahibdir və o, dekabr ayında satışa çıxacaq. Smartfon ilk növbədə Çin bazarında və müəyyən müddətdən sonra Hindistan ilə qlobal bazardalarda satışa çıxacaq. Son məlumat sızıntılarına səasən Redmi 13C smartfonu MediaTek prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək.
Paylaş
Bənzər xəbərlər