main-post-cover

    Redmi 13C smartfonu təqdimata hazırlaşır

    Cihazlar+
    29.09.2023
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı. İndi isə məlum olub ki, sözügedən smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, Redmi 13C smartfonu GSMA IMEI məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, Redmi 13C yaxın zamanda təqdim edilməlidir. Onu da qeyd etmək lazımdır ki, Redmi 13C həmçinin qlobal bazarda da satışa çıxacaq. Son məlumat sızıntılarına əsasən Redmi-nin bu yeni büdcəli smartfonu MediaTek prosessoru vasitəsilə çalışacaq və 50 MP-lik əsas arxa kameraya sahib olacaq. Bununla yanaşı Redmi 13C özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirəcək.
    Linki kopyala