
Redmi 14C 4G-nin qlobal bazarda nə zaman təqdim olunacağı məlum olub
Cihazlar+
23.08.2024
Emil
Bir neçə gün bundan öncə biz xəbər verdik ki, Xiaomi-nin Redmi brendi Redmi 14C 4G smartfonunun təqdimatına hazırlaşır. İndi isə insayderlər bu smartfonun qlobal bazarda nə zaman təqdim olunacağını açıqlayıblar. İnsayderlər tərəfindən verilmiş məlumata əsasən Redmi 14C 4G smartfonu qlobal bazarda 31 avqust tarixində təqdim ediləcək. Bununla yanaşı onların təqdim etmiş olduqları fotoya əsasən bu yeni smartfon 6.88 düym ölçülü ekranı əldə edəcək, özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək və üstəlik 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
