
REDMI 15R 5G-nin render fotosu və texniki imkanları ortaya çıxıb
Xiaomi-nin REDMI brendi büdcəli REDMI 15R 5G smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə sözügedən smartfonun render fotosu və texniki imkanları ortaya çıxıb. Ortaya çıxmış render fotoda smartfonun həm ön paneli həm də arxa paneli əks olunub. Görmək olar ki, REDMI 15R 5G özündə yastı gövdə dizaynını birləşdirəcək və onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 2 ədəd kamera mövcud olacaq. Məlumatda qeyd edilib ki, REDMI-nin bu yeni smartfonu 6.9 düym ölçülü LCD ekranla təchiz olunacaq, MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışacaq, 13 MP-lik əsas arxa kameraya sahib olacaq və 6000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Gözləntilərə əsasən smartfon qlobal bazarda REDMI 15C 5G adı altında təqdim olunacaq.

Paylaş