Logo
    main-post-cover

    Redmi brendi artıq Redmi Note 13 üzərində çalışmağa başlayıb

    Cihazlar+
    25.06.2023
    Emil
        Xiaomi-nin Redmi brendi Redmi Note 12 smartfon seriyasını keçən ilin oktyabr ayında təqdim etmişdi. İndi isə məlum olub ki, o artıq Redmi Note 13 smartfon seriyası üzərində çalışır. Belə ki, sözügedən smartfon seriyası barəsində məlumatlar IMEI məlumatlar bazasında ortaya çıxıb. Daha dəqiq desək, IMEI məlumatlar bazasında 3 kod adı ortaya çıxıb. Söhbət, 2312DRAABC, 2312DRAABG2312DRAABI kod adlarından gedir.
        Bu kod adlarının sonlarında olan hərf Redmi Note 13-ün Çin, qlobal və Hindistan üçün nəzərdə tutulmuş versiyalarını əks etdirirlər. Heç istisna deyil ki, bu kod adları Redmi Note 13 Pro-ya aid olsun. Kod adlarında olan rəqəmlər isə smartfonların təqdim olunacaqları ayı və ili əks etdirirlər. Ortaya çıxmış kod adları halında bu, bu ilin dekabr ayıdır. Çox güman ki, Redmi brendi Redmi Note 13-ü bu ilin sonunda ilk öncə Çin bazarı üçün, gələn ilin birinci rübündə isə qlobal və Hindistan bazarı üçün təqdim edəcək. Redmi Note 13-ün texniki göstəriciləri barəsində hələ heç bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər