Logo
    main-post-cover

    Redmi brendi Çində satılan iki smartfonunu qlobal bazarda təqdim etməyə hazırlaşır

    Cihazlar+
    04.07.2023
        İnsayderlərin verdikləri məlumata əsasən Xiaomi şirkəti hal hazırda yalnız Çində satılan iki smartfonunun qlobal bazarda təqdim edilməsinə hazırlaşır. Söhbət, Redmi brendinin Redmi 12 4GRedmi 12 5G smartfonlarından gedir. İnsayderlər bildiriblər ki, sözügedən smartfonlar qlobal bazarda 7 iyul tarixində təqdim olunacaq. Redmi 12 4G barəsində məlumat olmasa da, gözləntilərə əsasən Redmi 12 5G modeli Redmi Note 12R smartfonunun qlobal versiyası olacaq. Beləliklə bu smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib LCD ekran, Snapdragon 4 Gen 2 prosessoru, 50 MP + 2 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi brendi Çində satılan iki smartfonunu qlobal bazarda təqdim etməyə hazırlaşır | Technote