
Redmi brendi giriş seqmentinə aid olacaq yeni smartfon üzərində çalışır
Cihazlar+
12.05.2023
Emil
Son aylar ərzində Xiaomi şirkəti bir neçə flaqman və subflaqman smartfonlarını təqdim edib. Onların arasında Xiaomi 13 Ultra və Redmi Note 12 Turbo kimi smartfonlar var. Müəyyən müddət ərzində şirkət giriş seqmentinə aid olan smartfonlar bazarını diqqətsiz qoyub. Lakin görünür, Redmi bu vəziyyəti dəyişəcək. Belə ki, Redmi brendinin yeni smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib.
Məlumatda qeyd edilib ki, yeni smartfon 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, bu, Xiaomi-nin yeni strategiyasıdır. Belə ki, şirkət və onun brendləri flaqman texnologiyaları hətta giriş seqmentinə aid edilən smartfonlara da inteqrasiya etməyi hədəfləyiblər. Redmi öz yeni smartfonunu artıq bu ay təqdim edə bilər. İnsayderlərin fikirlərinə əsasən söhbət, Redmi 13-dən gedir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
