
Redmi brendi iki yeni Redmi Note 13 modeli üzərində çalışır
Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin Redmi brendi Redmi Note 13 smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ modelləri daxil oldular. İndi isə görünür, Redmi brendi bu smartfon seriyasının daha bir modeli üzərində çalışır. Söhbət, Redmi Note 13R-dən gedir. Belə ki, Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Redmi Note 13R smartfonunun iki modeli ortaya çıxıb.
Söhbət, adi Redmi Note 13R və Note13R Pro-dan gedir. Məlumatda qeyd edilib ki, Redmi Note 13R modeli 33 vatt gücündə sürətli şarj texnologiyasını, Redmi Note 13R Pro modeli isə 67 vatt gücündə sürətli şarj texnologiyasını əldə edəcək. Smartfonlar barəsində digər bir məlumat yoxdur. Bununla yanaşı daha öncə məlumat ortaya çıxmışdı ki, Redmi Note 13 Pro modeli qlobal bazarda POCO X6 5G adı ilə satışa çıxa bilər.
Paylaş
Bənzər xəbərlər