Redmi brendi iPhone 12 mini kimi kompakt smartfon istehsal etmək istəyir: Lakin bir nüans var
Cihazlar+
20.10.2020
Farid Pardashunas
Redmi brendinin rəhbəri Lu Weibing Çinin Weibo sosial şəbəkəsində bildirib ki, şirkət, adında mini sözü olacaq kompakt smartfon istehsal etməyi planlaşdırır. Lakin o bu cür planda vacib bir nüansın olduğunu da qeyd edib. Bu barədə Androidauthority saytı xəbər verib. Weibing bildirib ki, şirkət həqiqətən də kiçik ekrana sahib smartfonun istehsalını nəzərdən keçirdir. Lakin əsas problem ondan ibarətdir ki, bu cür smartfonu böyük həcmli batareya ilə təchiz etmək mümkün olmayacaq.
Bu halda alıcılar kiçik batareya həcminə sahib kompakt smartfon almalı olacaqlar. Belə ki, kiçik ekranlı smartfonların istehsalı zamanı şirkətlər həmçinin batareyaların ölçülərini də kiçiltməli olurlar. Hardware və software tərəfinin yaxşı optimizasiya olunmasına baxmayaraq kiçik həcmli litium-ion və litium-polimer batareyalar tez zamanda sıradan çıxma özəlliyinə sahib olurlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ