Redmi brendi orta büdcəli Redmi Note 11E 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Redmi brendi orta büdcəli Redmi Note 11E 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
02.03.2022 PAYLAŞIM

    Redmi brendi Note 11 seriyasının yeni smartfon modelini təqdim edib. Söhbət, Redmi Note 11E 5G modelindən gedir. Sözügedən smartfon orta səviyyəli texniki göstəriciləri və satış qiyməti ilə diqqəti cəlb edir. Redmi Note 11E 5G modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfyyətli 6.58 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Qeyd etmək lazımdır ki, Redmi Note 11E 5G həmçinin özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.


    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Dimensity 700 prosessoru, 4/6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 18 vatt gücündə sürəti şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smarfonun arxa kameraları saniyədə 30 kadr sürətlə 1080p 720p keyfiyyətində videolar çəkə bilirlər. Smartfon kontaktsız ödənişlər üçün NFC çipə sahib deyil və onun gövdəsi sudan qorunma özəlliyini dəstəkləmir. Redmi Note 11E 5G-nin Çində satışlarına 18 mart tarixində start veriləcək. 4 GB RAM-a sahib versiya 189$-a, 6 GB RAM-a sahib versiya isə 205$-a satılacaq.



DAHA ÇOX


Gələn ilki Samsung Galaxy S24 Ultra-nın kameraları ilə bağlı məlumat verilib..

Samsung gələn ilin əvvəlində ənənəyə sadiq qalaraq Galaxy S seriyasının yeni smartfonlarını təqdim e..


Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra təqdim edilib - QİYMƏTİ

Motorola şirkəti Motorola RAZR 40 ilə yanaşı onun daha flaqman versiyası olan Motorola RAZR 40 Ultra..


Qatlana bilən qapaqlı Motorola RAZR 40 təqdim edilib - QİYMƏTİ

Motorola şirkəti qatlana bilən qapaqlı yeni Motorola RAZR 40 smartfonunu təqdim edib.


Google Pixel 8 barəsində məlumat verilib

Artıq məlumdur ki, Google şirkəti bu ilin payız fəslində təqdim olunacaq Pixel 8 və Pixel 8 Pro smar..


Samsung Galaxy S23 Ultra-nın maya dəyərinin nə qədər təşkil etdiyi məlum olub..

Samsung bu ilin əvvəlində Galaxy S23 smartfon seriyasını təqdim etmişdi.


Nothing Phone (2) barəsində yeni rəsmi məlumatlar təqdim edilib

Nothing şirkəti öz yeni smartfonu olacaq Nothing Phone (2) barəsində məlumatları təqdim etməyə davam..

×