main-post-cover

    Redmi brendi Redmi 10 Prime smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    03.09.2021
    Emil Nəcəfov
        Redmi brendi öz smartfon modellərini yeni Redmi 10 Prime ilə genişləndirib. Təqdim olunmuş yeni smartfonun özəllikləri arasında təkmilləşdirilmiş kameralar, balanslaşdırılmış texniki özəlliklər, yüksək batareya həcmi və sürətli şarj texnologiyası var. Beləliklə Redmi 10 Prime smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib.
        Əsas texniki özəlliklərə gəldikdə isə Redmi 10 Prime modeli MediaTek Helio G88 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 8 MP + 2 MP + 2 MP dördlü arxa kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerij tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 18 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 9 vatt gücündə ikitərəfli şarj texnologiyasını (smartfon vasitəsilə digər cihazların şarj olunmaları) dəstəkləyir. Bundan əlavə olaraq smartfon özündə 3.5 mm-lik audiogirişi də birləşdirir. Redmi 10 Prime MIUI 12.5 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 7 sentyabr tarixində satışa çıxacaq. 4 GB RAM və 64 GB yaddaşa sahib model 171$-a, 6 GB RAM və 128 GB yaddaşa sahib model isə 198$-a satılacaq.
    Linki kopyala